“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO

“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO

Hazırda oxunan: “Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO
170684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qonşunun 25 yaşlı oğlu qardaşımın 10 yaşlı uşağını vəhşicəsinə döyüb”. 

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo.az" saytına Şəmkir rayonunun Yeni Həyat kənd sakini Qöncə İbrahimova müraciət edib.

Vətəndaşın iddialarına görə, hadisə azyaşlının itə daş atmasına görə baş verib:

“Dekabrın 18-də it uşağın üstünə hürüb. O da qorxduğu üçün daş atıb. Buna görə qonşunun 25 yaşlı oğlu İltifat Süleymanov qardaşımın oğlunu döyüb. Onun atası Elman Süleymanov isə uşağı təhdid edib ki, əgər bu barədə evdə desə, onun da bacısının da başını kəsəcək, onu itə yedirəcək. Qardaşım əlildir.

Qonşularının təhdidindən evdə qala bilmirlər. Hadisənin görüntüləri kameralara da düşüb. Uşaq ekspertiza  olunub və bildirilib ki, bədənində ağır xəsarətlər var. Polisə də müraciət etmişik, lakin bir tədbir görülmür”. 

Şikayətçinin göndərdiyi videodan bəlli olur ki, bir nəfər uşağı tutaraq məcbur şəkildə əks tərəfə aparır. Səsə gələn üçüncü şəxs isə onun köməyinə getmək üçün ardınca qaçır. 

Mövzuya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov münasibət bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Müraciət əsasında məsələ ilə bağlı araşdırma aparılır və tezliklə hüquqi qiymət veriləcək”. 
 


“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO - foto 1
“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO - foto 2
“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO - foto 3


“Qonşu 10 yaşlı uşağı vəhşicəsinə döyüb” - VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO