Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Bala Məzrə kəndi haqqında xüsusi veriliş hazırlanıb.
Bizim.Media xəbər verir ki, verilişdə Bala Məzrə kəndinin etnoqrafiyası, adət-ənənələri, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.
Bildirilib ki, Bala Məzrə rayon mərkəzindən 9 kilometr şimalda, Məzrə çayının yanında yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə Məzrə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Məzrə kimi qeyd edilib. Kəndin bir adı da “Qulu ağalı” olub. Kəndin ərazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşıb.
Qeyd olunub ki, kənddə 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşayıb.
Vurğulanıb ki, 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulub. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur.
Süjetdə Bala Məzrə adının yaranmasından, sirli daşı bulağın gözünə qoymaqla yağış yağdırmanın sirrindən, toy günü bəyi döymək adətindən, Göytürk, Qıpçaq və Oğuz adətlərini yaşadan Bala Məzrədə yaylaqda qurda pay vermə adətindən, ermənilərin Qoşqar dağındakı daşın üstünü rənglənməsinin səbəbindən, eləcə də Bala Məzrədə yazılmış qədim yazının mənasından bəhs olunur.
Daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Multimedia
23:47 / 16.12.2023
Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: Qədim Şaman inancını yaşadan Bala Məzrə kəndi - VİDEO
169376
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.