Pirşağı-Novxanı-Xırdalan yolunun tikintisi bərpa olundu - FOTO/VİDEO

Pirşağı-Novxanı-Xırdalan yolunun tikintisi bərpa olundu - FOTO/VİDEO

Hazırda oxunan: Pirşağı-Novxanı-Xırdalan yolunun tikintisi bərpa olundu - FOTO/VİDEO
116780
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt layihəsinin tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisinə başlanılıb.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, avtomobil yolu 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Layihənin uzunluğu 28 km, yolun hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra olunur.

Yol boyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.

Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan -M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir.
Bununla da paytaxt Bakıya 20 yanvar ərazisindən daxil olan nəqliyyat vasitələrinin sayının təqribən 20-30% azalması nəzərdə tutulur.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO