Bakının “Baksol yolu

Bakının “Baksol yolu"nun əsaslı təmiri yekunlaşdı - VİDEO

Hazırda oxunan: Bakının “Baksol yolu"nun əsaslı təmiri yekunlaşdı - VİDEO
110453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 3,2 kilometr uzunluğa malik sözügedən yolda aparılmış təmir işləri çərçivəsində yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılıb, yeni səki daşları düzülüb və köhnə asfalt örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, piyada səkiləri inşa edilib.
Bundan başqa yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,1 kilometr, ötən il isə 15,4 kilometr olan küçə və yol təmir edilib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO