Bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunan konsert keçirilib - FOTO

Bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunan konsert keçirilib - FOTO

Hazırda oxunan: Bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunan konsert keçirilib - FOTO

75379

Xalq Artisti, bəstəkar Rauf Hacıyevin adını daşıyan 15 nömrəli onbirillik musiqi məktəbində bəstəkarın 100 illiyi münasibəti ilə konsert proqramı təşkil edilib. 

Bizim.Media xəbər verir ki, görkəmli bəstəkar, SSRİ Mədəniyyət Naziri, Azərbaycan Estrada Musiqisinin yaradıcılarından biri olan R.Hacıyevin 100 illik yubileyi çərçivəsində bəstəkarın adını daşıyan onbirillik musiqi məktəbinin kollektivi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. 

Rəşid Behbudov Adına Mahnı Teatrında keçirilən tədbirdə musiqi məktəbinin tələbələri R.Hacıyev bəstələrindən ibarət müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. 

Məktəbin yetirmələri R.Hacıyevin əsərləri fonunda çıxış ediblər. Sonra R.Hacıyevin yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Videoçarxın sonunda Ulu Öndər Heydər Əliyevin R.Hacıyevin “Azərbaycan” mahnısı haqqında fikirləri yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Əlcəzairdə peşəkar musiqinin əsasını qoyan azərbaycanlının 100 yaşı oldu – VİDEO


“Əhməd haradadır” filminin bu gün də sevərək oxunulan “Leyla” mahnısını fleytada məktəbin tələbəsi Beynəlxalq və Respublika müsabiqələr laureatı Mixail Çernyavko ifa edib. 

Məktəbin yetirmələri, Beynəlxalq və Respublika müsabiqələr laureatı Əbdüləli Hüseynli  və Hüseynağa Cəfərzadənin fortepianoda ifa etdiyi R.Hacıyev bəstələrindən ibarət “Popuri” isə zalda gurultulu alqışlarla qarşılanıb. 

Sonda çıxış edən 15 nömrəli onbirillik musiqi məktəbinin direktoru Sevil Ələkbərova qeyd edib ki, il ərzində məktəb görkəmli bəstəkar R.Hacıyevin yubileyini müxtəlif tədbirlərlə qeyd edəcək.  

Leyla Şah, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO