Əlcəzairdə peşəkar musiqinin əsasını qoyan azərbaycanlının 100 yaşı oldu – VİDEO

Hazırda oxunan: Əlcəzairdə peşəkar musiqinin əsasını qoyan azərbaycanlının 100 yaşı oldu – VİDEO

74639

Azərbaycanın unudulmaz bəstəkarı, SSRİ xalq artisti Rauf Hacıyevin 100 yaşı tamam oldu. Ötən gün onu sevənlər Rauf Hacıyevin Fəxri Xiyabanda qəbr üstü abidəsini ziyarət ediblər.

Bəstəkarın ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri və 15 nömrəli musiqi məktəbinin kollektivi böyük sənətkara öz ehtiramlarını bildiriblər.

Ziyarət zamanı Rauf Hacıyevin keçdiyi həyat yolundan da bəhs edilib. Bəstəkarın adını daşıyan 15 nömrəli Musiqi Məktəbinin direktoru Sevil Hacıyeva bəstəkar Rauf Hacıyevin Azərbaycan Sovet Respublikasının Mədəniyyət naziri olduğu dövürlərdə mədəni həyatımıza verdiyi töhfələri dilə gətirib.

Həmçinin Rauf Hacıyevin Əlcəzairdəki fəaliyyətinə toxunaraq, orada musiqi tarixinə verdiyi töhfələrə, Əlcəzairin ilk peşakar milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərməsinə diqqət çəkib.
Bəstəkarın ailə üzvləri adından çıxış edən nəvəsi, saksafon ifaçısı İradə Abbaslı Rauf Hacıyevin xatirəsinin yad edilməsi və 100 illik yubileyinin keçirilməsi münasibətilə sərəncam imzalayan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Babasının həyat yolu ilə fəxr etdiyini bildirib.

Digər ziyarətçilərdə bəstəkar haqqında ürək sözlərini səsləndiriblər. Ölməz Rauf Hacıyev musiqilərinin bənzərsizliyi və ecazkarlığından danışıblar.

Xatırladaq ki, Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm rolu olub. Onun çoxlu mahnı və 7 operetta yaradıb. 15-ə qədər filmə musiqi yazıb. 
1995-ci ilin 19 fevralında 73 yaşında Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

Daha ətraflı videomaterialımzdan tanış ola bilərsiniz:

Leyla Şah, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO