Eldar Qasımov: “Avroviziya”da bizim unudulmaz, səmimi çıxışımız olmalıdır”

Eldar Qasımov: “Avroviziya”da bizim unudulmaz, səmimi çıxışımız olmalıdır”

Hazırda oxunan: Eldar Qasımov: “Avroviziya”da bizim unudulmaz, səmimi çıxışımız olmalıdır”

73304

“Hər şey çox gözəldir. 2 gündür həm dincəlirik, həm Nadirlə birgə müsahibələr veririk. Birinci və ikinci məşq çox gözəl keçdi. Xüsusən ikinci məşqin ən son çıxışı çox möhtəşəm idi. Şəxsən məni çox qane etdi, səmimi idi”.

Bu fikirləri Bizim.Media-ya "Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmlinin ustadı, 2011-ci il “Avroviziya” qalibi Eldar Qasımov səsləndirib.

Hazırda Nadirlə birlikdə İtaliyanın Turin şəhərində olan Eldar Qasımov çempionluğa yox, unudulmaz ifaya kökləndirklərini qeyd edir.

“Biz çempionluğa köklənmirik. Əsas bizim unudulmaz, səmimi çıxışımız olmalıdır. Bu ən birincidir. Sonra isə taleh və qismət. Xüsusən Nadir əlindən gələni edir ki,  hər şey yaxşı olsun. Bu arada bizim azərbaycanlıların bütün platformalarda, şərhlərdə dəstəyi çox vacibdir. Azərbaycan və ya ingilis dilində bu şərhlər nə qədər çox olsa, o qədər də bizə yararlı olacaq. Bütün avropa, avroviziya görsün ki, biz nə qədər bir-birimizə dəstək oluruq”, - deyə E.Qasımov əlavə edib.

Başqa ölkələrin ən güclüləri haqqında danışan musiqiçi İtaliyanı çox bəyəndiyini bildirib.

“Başqa ölkələrin təmsilçiləri də çox güclüdürlər. İtaliya, İsveç, Birləşmiş Krallıq və s. Bunlardan çox xoşum gəlir. Rəqabət güclüdür, lakin dostluq rəqabətdən də güclüdür. Mən inanıram ki, bu il ən yaxşısı qalib gələcək”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO