Dünya şöhrətli amerikalı alimin kitabı AZƏRBAYCAN DİLİNƏ tərcümə edildi

Dünya şöhrətli amerikalı alimin kitabı AZƏRBAYCAN DİLİNƏ tərcümə edildi

Hazırda oxunan: Dünya şöhrətli amerikalı alimin kitabı AZƏRBAYCAN DİLİNƏ tərcümə edildi

72985

Dünya şöhrətli amerikalı alim Thomas Kormenin “Algorithms Unlocked” (“Alqoritmlərin Sirri”) kitabı Azərbaycan dilində çap edilib.

Bizim.Media xəbər verir ki, “Alqoritmlərin Sirri” kitabı əfsanəvi Massaçusets Texnoloji İnstitutunun çap evi olan “MIT Press”in dilimizə tərcümə edilən ilk kitabıdır.

Kitabı əvvəllər "Samsung Electronics" şirkətinin Suvondakı (Cənubi Koreya) Baş ofisində mobil aparıcı mühəndis, indi isə "Amazon" şirkətində çalışan Adil Əliyev tərcümə edib.
Kitabın elmi redaktoru və ön sözün müəllifi isə tanınmış telejurnalist, Azərbaycanın İstanbuldakı keçmiş konsulu İbrahim Nəbioğludur.

Qeyd edək ki, gənc riyaziyatçılar üçün əvəsiz əyani vəsait olan sözügedən kitab artıq BDU-nun dərs kitabları siyahısına daxil edilib.

“Alqoritmlərin Sirri” kitabını Bakının bir çox kitab mağazalarından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO