3-cü Venesiya Film Festivalının qalibləri açıqlandı - VİDEO

3-cü Venesiya Film Festivalının qalibləri açıqlandı - VİDEO

Hazırda oxunan: 3-cü Venesiya Film Festivalının qalibləri açıqlandı - VİDEO

636334

Lido adasında keçirilən 83-cü Venesiya Film Festivalı başa çatıb.

Bizim.Media xəbər verir ki, amerikalı aktrisa və rejissor Meqqi Cillenholun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti festivalın yekunlarını açıqlayıb və əsas mükafatların sahiblərini müəyyənləşdirib.

Festivalın baş mükafatı olan “Qızıl Şir” Danimarka rejissoru Mey əl-Tuhinin “Naməlum qadın” psixoloji dramına verilib. Film 1945-ci ildə Danimarkada yaşayan Mari adlı xidmətçinin mürəkkəb müharibədən sonrakı həyatından bəhs edir. Filmdə baş rolu canlandıran Matilda Arsel Fok isə ən yaxşı qadın roluna görə Volpi Kubokuna layiq görülüb.

Münsiflər heyətinin Qran-prisi Cənubi Koreya rejissoru Li Çan-donun “Mümkün sevgi” melodramına təqdim edilib. Film daha əvvəl beynəlxalq kino tənqidçiləri federasiyasının (FIPRESCI) nüfuzlu mükafatını da qazanmışdı.

Festivalın qalibləri:

“Qızıl Şir” – ən yaxşı film: “Naməlum qadın” — rejissor Mey əl-Tuhi (Danimarka)

Münsiflər heyətinin Qran-prisi: “Mümkün sevgi” — rejissor Li Çan-don (Cənubi Koreya)

Münsiflər heyətinin xüsusi mükafatı: NAZA sənədli filmi — rejissorlar Yuval Abraham və Reyçel Şor (Böyük Britaniya).

Film festivalda tamaşaçıların 25 dəqiqəlik alqışları ilə də yadda qalıb.

Ən yaxşı kişi roluna görə Volpi Kuboku: Con Malkoviç — Martin Makdonanın “Vəhşi at №9” qara komediyasına görə (ABŞ)

Ən yaxşı qadın roluna görə Volpi Kuboku: Matilda Arsel Fok — “Naməlum qadın”

Ən yaxşı ssenari: Stefan Brize, Korali Amodeo və Olivye Qor — “Yaxşı balaca əsgər” filmi (Fransa)

Marçello Mastroyanni mükafatı – ən yaxşı gənc aktyor/aktrisa: Malu Xebizi — “Sağalma yeri” filmi

Bu il dünya kinematoqrafiyasına verdikləri töhfəyə görə fəxri “Qızıl Şir” mükafatları Hollivudun əfsanələri Corc Kluni və Ellen Börstinə təqdim olunub.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO