Kipr Respublikasının Limassol şəhərində keçirilən VIMA 2026 beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssam Ramina Saadatxan böyük uğura imza atıb.
Bizim.Media xəbər verir ki, rəssam sərgidə solo stendlə iştirak edən ilk azərbaycanlı rəssam kimi tarixə düşməklə yanaşı, ziyarətçilərin səsverməsinə əsasən birinci yerə layiq görülüb.
“VIMA Art Fair 2026” bu il dünyanın 20-dən çox ölkəsindən 150-yə yaxın rəssamı və 26–30 beynəlxalq qalereyanı bir araya gətirib. Sərgi Şərqi Aralıq dənizi regionunun ən dinamik beynəlxalq incəsənət platformalarından biri hesab olunur.
Nüfuzlu “Forbes” jurnalında dərc olunan VIMA 2026 ilə bağlı geniş məqalədə Ramina Saadatxanın əsərləri xüsusi vurğulanıb və material məhz onun təqdim etdiyi işlərdən biri ilə açılıb.
Məqalədə sərginin əsas diqqət çəkən iştirakçıları və layihələri təqdim olunarkən Ramina Saadatxanın fərdi təqdimatı beynəlxalq auditoriyanın xüsusi marağına səbəb olan işlər sırasında göstərilib.
Ramina Saadatxanın “Uomo Natura” konsepti əsasında təqdim olunan əsərləri insanın daxili dünyası, emosional transformasiya və intuisiya mövzularını araşdırır.
Onun rəng və forma üzərində qurulan fərqli vizual dili sərginin ən çox müzakirə olunan təqdimatlarından biri kimi qiymətləndirilib.
Bu uğur Azərbaycan müasir incəsənətinin beynəlxalq platformalarda tanıdılması baxımından mühüm hadisə kimi qiymətləndirilir.




Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
18:23 / 26.05.2026
Azərbaycanlı rəssam Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində birincilik qazandı - FOTO
Hazırda oxunan: Azərbaycanlı rəssam Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində birincilik qazandı - FOTO
Hazırda oxunan: Azərbaycanlı rəssam Ramina Saadatxan beynəlxalq VIMA 2026 sərgisində birincilik qazandı - FOTO
615597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































