VI Türk Dünyası ədəbiyyat və kitab festivalında Xalq şairi Ramiz Rövşənin şeirləri səsləndirilib.
Bizim.Media xəbər verir ki, səhhəti ilə əlaqədar olaraq festivalda iştirak edə bilməyən şairin şeirləri Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunis və bədii qiraət ustası, qiraətçi Müşfiqə Baladdinqızının təqdimatında dinləyicilər üçün səsləndirilib.
MÖVZU İLƏ BAĞLI:
Festivalda Natəvanın ədəbi dünyasına SƏYAHƏT edildi
Onlar R.Rövşənin “Qara paltarlı qadın”, “Ayrılıq”, “Yağış yağır”, “Sənin üçün darıxıram” kimi şeirləri dinləyicilər üçün oxunub.
Xatırladaq ki, paytaxtda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mədəniyyət hadisəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam Mühafizə" şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media


































































































