Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində şairə Aygün Hüseyn “Türk dünyasının yazarı” fəxri adı ilə təltif olunub.
Bizim.Media xəbər verir ki, təltifetmə mərasimi “Əmirvarlı Qazilər Birliyi” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Mərasim zamanı Aygün Hüseynə fəxri ad təqdim olunub və xatirə fotoları çəkdirilib.
MÖVZU İLƏ BAĞLI:
“Əsgərlərimizdən müsahibə alanda göz yaşlarımı saxlaya bilmirdim” – Sübhan Abasbəyli
Qeyd edək ki, Aygün Hüseyn Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.
O, əsasən vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazır, həmçinin “Şəms” Ədəbi Birliyinin təsisçisi və layihə rəhbəridir.
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media


































































































