Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində jurnalist və şair Həmidə Fazilqızı oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı olan H.Fazilqızı 3 kitabın müəllifidir.
MÖVZU İLƏ BAĞLI:
Yazıçı-şair Sevil Azadqızının kitabları oxuculara təqdim olundu - FOTO
O, yaradıcılığında əsasən şeir, qəzəl, uşaq şeirləri, təmsil, hekayə və esseyə yer verir. Onun əsərlərində lirika, qəhrəmanlıq və vətənpərvərlik mövzuları xüsusi yer tutur.
Festival çərçivəsində müəllifin “Ruhun Günəşi Sönməzdir”, “Həsrətin nəğməsi” və “Darıxıram bu dünyanın içində” kitabları oxuculara təqdim olunub.
Bildirilib ki, “Ruhun Günəşi Sönməzdir” kitabı Şirvanın vətən uğrunda canlarından keçmiş övladlarına həsr edilib.
Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media



































































































