Xəbər verdiyimiz kimi, Bolqarıstan “Eurovision” mahnı müsabiqəsində tarixində ilk dəfə qalib gəlib.
Bizim.Media xəbər verir ki, müğənni Dara “Bangaranga” adlı ifası ilə 516 bal toplayaraq həm münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin qalibi olub.
Məlumata görə, Bolqarıstan bundan əvvəl ən yaxşı nəticəsini 2017-ci ildə Kristian Kostovun ikinci yeri ilə əldə etmişdi.
Bildirilib ki, finaldan əvvəl bukmekerlər ölkənin qələbə şansını cəmi 8 faiz qiymətləndirirdilər.
Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri də səhnə şousunun Filip Kirkorovun “Dream Team” komandası tərəfindən hazırlanması, həmçinin mahnının müəllifləri arasında Dimitris Kontopoulosun yer almasıdır.
Sonda qeyd olunur ki, İsrail ikinci, Rumıniya isə üçüncü yeri tutub.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
18:46 / 17.05.2026
“Eurovision”da qalib gələn Daraya rusiyalı müğənninin komandası kömək edib - VİDEO
Hazırda oxunan: “Eurovision”da qalib gələn Daraya rusiyalı müğənninin komandası kömək edib - VİDEO
Hazırda oxunan: “Eurovision”da qalib gələn Daraya rusiyalı müğənninin komandası kömək edib - VİDEO
613733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































