Kinoteatrlarda xarici filmlər niyə Azərbaycan dilində nümayiş olunmur? – RƏSMİ AÇIQLANMA

Kinoteatrlarda xarici filmlər niyə Azərbaycan dilində nümayiş olunmur? – RƏSMİ AÇIQLANMA

Hazırda oxunan: Kinoteatrlarda xarici filmlər niyə Azərbaycan dilində nümayiş olunmur? – RƏSMİ AÇIQLANMA

613338

Bakıda bir çox kinoteatr fəaliyyət göstərir. Bu konoteatrlarda Azərbaycan filmləri ilə yanaşı, bir çox ölkələrin istehsal etdiyi filmlər nümayiş olunur. Müsbət haldır ki, bəzi hallarda yenicə dünya kino ekranına çıxan filmlər qısa zamanda Azərbaycan tamaşasına təqdim olunur. Elə son günlər dünya şöhrətli ifaçı Maykl Ceksonun həyatından bəhs edən bioqrafik film də buna nümunədir.

Lakin bu filmlərin hamısı azərbaycan dilində nümayiş olunmur. Auditoriyası, əsasən azərbaycandilli tamaşaçılardan ibarət olan kinoteatrların filmləri orijinal dildə, yaxud da ingilis və rus dilində təqdim etməsi müzakirələrə səbəb olur. Bu cür filmlər daha çox azərbaycanca altyazılı təqdim olunur. Azərbaycanlı tamaşaçı isə ölkəsində pul ödəyib izlədiyi filmin haqlı olaraq onun dogma dilində səsləndirilməsini doğru hesab edir.

Maraqlıdır ki, kinoteatrlarda bütün filmlərin azərbaycanca nümayiş olunmamasına səbəb nədir? Nə zaman xarici ölkələrin istehsalı olan filmlər doğma dildə təqdim olunacaq?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğuuna cavab olaraq bildirilib ki, nazirlik tərəfindən kinoteatrlar şəbəkəsində dövlət dilinin tətbiqi vəziyyətinin monitorinqi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir.
 

Məlumatda qeyd edilib ki, ölkə ərazisində fəaliyyət göstərən kinoteatr rəhbərliklərinə xarici filmlərin nümayişi zamanı Azərbaycan dilində dublyaj və ya subtitrlərdən istifadənin təmin edilməsinə dair zəruri tapşırıqlar verilib.


Hazırda milli kino bazarında ana dilinin mövqeyinin gücləndirilməsi və qanunvericiliyin tələblərinə tam əməl olunması üçün kompleks tədbirlər davam etdirilməkdədir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO