Mədəniyyət Nazirliyindən maliyyə pozuntuları ilə bağlı AÇIQLAMA 

Mədəniyyət Nazirliyindən maliyyə pozuntuları ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Mədəniyyət Nazirliyindən maliyyə pozuntuları ilə bağlı AÇIQLAMA 
59720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyi maliyyə pozuntularının aşkarlanmasına aydınlıq gətirib. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 1 yanvar 2006-ci il tarixindən 8 may 2020-ci il tarixədək olan dövrü əhatə edir. 

"Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub", - nazirlikdən bildirilib. 
Qeyd edək ki, həmin dövrdə mədəniyyət naziri Əbülfəs Qarayev olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO