Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO

Hazırda oxunan: Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO
594334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də İtaliyanın ölkəmizdəki səfiri Luka Di Canfrançesko ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Adil Kərimli Azərbaycan ilə İtaliya arasında uzun illərdir mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq üçün əlavə zəmin yaratdığını deyib.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əlaqələr ildən-ilə inkişaf edir.

Əməkdaşlıq tarixi-mədəni irsin qorunması və bərpası, musiqi, teatr, incəsənət təhsili, memarlıq, dizayn və s. kimi geniş spektri əhatə edir. Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin aktiv fəaliyyətini xüsusi vurğulayıb.
 

Səfir Luka Di Canfrançesko görüşə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib. Diplomat, həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda tarixi-dini mirasın bərpasına verdiyi töhfələri minnətdarlıqla yada salıb.


Söhbət zamanı İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO - foto 1
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO - foto 2
Strateji tərəfdaşlıq Azərbaycan-İtaliya mədəni əməkdaşlığına da geniş zəmin yaradıb - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO