Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Hazırda oxunan: Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA
580220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı məlum olub ki, 2026-cı ildə film sektoruna büdcədən vəsait ayrılmayacaq.
 

Bunun səbəbini Kino Agentliyinə ötən il ayrılmış 8,5 milyon manat həcmində vəsaitin tam xərclənməməsi, 5 milyon manat istifadə olunmamış qalığın qalmasıdır. Əldə olan vəsaitin növbəti il üçün xərclənməsi təklif olunub.


Məlumdur ki, digər müstəqil ölkələrdə film sektoru dövlət tərəfindən maliyyələşdirilmir.

Bu ölkələrdə qurulmuş film sənayesi böyük şirkətlərin reaklamları hesabına ən çox gəlir gətirən sahələrdəndir.

Bəs indiki məqamda digər müstəqil dövlətlər kimi Azərbaycanda da kino sənayesi özü özünü maliyyələşdirməyə hazırdırmı?

Kinorejissor Oqtay Mirqasımov Bizim.Media-ya açıqlamasında yerli film sektorunun buna hazır olmadığını bildirdi:

“Düşünürəm ki, belə tez mümkün olmayacaq. Hələ hazırlıq mərhələsi keçilməlidir. Buna müəyyən vaxt lazımdır”, - deyə vurğuladı.

Kinorejissor artıq illərdir film sənayesindən uzaq olduğunu, özünü tədris sahəsinə həsr etdiyini diqqətə çatdırdı:

“Çoxdandır ki, film çəkmirəm, daha bu işlərlə məşğul deyiləm. Mən professoram, hazırki məqamda gənc nəsli yetişdirirəm. Uğurlu nəticələr də almışam”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO