Xalq yazıçısı Elçin Rusiyadan kimləri Bakıya gətirdi? - Stalinə görə... - EKSKLÜZİV

Xalq yazıçısı Elçin Rusiyadan kimləri Bakıya gətirdi? - Stalinə görə... - EKSKLÜZİV

Hazırda oxunan: Xalq yazıçısı Elçin Rusiyadan kimləri Bakıya gətirdi? - Stalinə görə... - EKSKLÜZİV

52069

Xalq yazıçısı Elçinin ilin-günün bu vaxtında birdən birə Stalin haqda pyes yazması cəmiyyət tərəfindən maraqla qarşılanıb. Əsər artıq teatrda səhnələşdirilib və ilk nümayiş də baş tutub. 

Xalq yazıçısı Bizim.Media-ya açıqlamasında bu mövzuya niyə müraciət etməsini açıqlayıb.

Yazıçı pyesin yazılmasının özü üçün də gözlənilməz olduğunu bildirib: 

“Mən tamamilə başqa bir yazı yazırdım. Balaca bir povest var idi fikrimdə. Amma gördüm ki, alınmır. Deyim ki, onu hələ də yaza bilməmişəm. Adətən mən yazmağa başlayanda çox rahatlıqla, tez onu bitirə bilirəm. Bu arada birdən-birə gözümün qarşısına Stalin gəldi, onun haqqında yazılan yazılar yadıma düşdü, rəhbərlik etdiyi Siyasi Büro iclaslarının stenoqramlarnı xatırladım və gözlənilmədən Stalin mövzusunda yazmağa başladım”.
 

MÖVZU İLƏ BAĞLI:

Kişi papağı altındakı Qaçaq Gülsüm – Stalin ona niyə minnətdar olub? 


O, həmçinin açıqlamasında pyesdə yaşadığı illəri təhlil etdiyini, ağlındakı bəzi sualların cavabını tapmağa çalışdığını qeyd edib:

“Son zamanlar çox fikirləşirdim ki, mən görəsən hansı ölkədə yaşamışam, o ölkəyə kimlər rəhbərlik edib. Bu rəhbərlər həqiqətən də kommunist, ideya adamları olublar yoxsa ancaq özlərini düşünüblər? Stalin kim idi? Stalin o zamanlar Allah səviyyəsinə qaldırılmış ölkə rəhbəri idi. O, buna layiq idimi? Nə üçün o dövrdə müharibəyə Stalin yolunda ölməyə gedənlərin atalarını, babalarını sürgün etdirir, güllələdirdi?

Bu rejimin paradoks yaradan məsələri məni çox düşündürürdü. Ümumiyyətlə son dövrlərdə bədii ədəbiyyatdan daha çox, sənədli ədəbiyyat oxuyuram. Xüsusən də sovet rejimi, onun tarixi, həmçinin rejimin tanınan şəxsləri olan Lenin, Stalin, Beriya, Molotov, Xruşov, Qarbaçov və digərləri haqqında olan məlumatları oxuyub gözdən keçirmişəm. Oxuculara və tamaşaçılara da o dövrdə baş verən hadisələri, “Stalinizm”, “Stalinçilik”, “Yoldaş Stalin” terminlərinin izahını verməyə çalışmışam”.

Elçin Əfəndiyev Stalininin dahi yoxsa zalım bir rəhbər olması ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Stalin sadə şəxsiyyət olmayıb. O, olduqca mürəkkəb xarakterə malik biri olub. Onu zamanında həm Allahlaşdıran, həm də şeytanlaşdırlanlar var idi. Amma o heç birindən olmayıb. Stalin həm dahi, həm də cəllad, qəddar idi. O, öz ailəsini, birinci (Məşhur gürcü bolşevik ailəsi) və ikinci həyat yoldaşının ailələrini güllətdirmişdi. Mənə maraqlıdır bunu edən Stalin ideya adamı idi yoxsa bu onun hökmdar qəzəbinin nəticəsi idi?. Bu sualların cavabını pyesdə tapmağa çalışmışam”.

Bu yaxınlarda Səməd Vurğun adına Rus Dram Teatrında pyesin premyerası baş tutdu. Elçin Əfəndiyev aktyorların dram əsərini, obrazları canlandırmağlarından da söz açıb:

“Artıq 9-cu əsərimdir ki, Rus Dram Teatrında tamaşaya qoyulur. Bu teatr Akademik Milli Teatr kimi mənə çox doğmadır. Və ən əsası böyük kollektiv və çox potensiallı, istedadlı aktyorlar var. Onlar rus həmçinin dünya dramaturgiyasından olan nümunələri çox gözəl tamaşaya qoyurlar.

Eyni zamanda Azərbaycan ədəbiyyatını, dramaturgiyasını rus dilli şəxslər arasında təbliğ edirlər. Əsərə Rusiyanın tanınmış rejissoru Kirill Zaborixin quruluş verib. Quruluşçu rejissor Tatyana Melnikova və bəstəkar Andrey Şoşkin də Rusiyadan dəvət olunub.

Baş rol ifaçısı isə azərbaycanlı aktyor Yaqub Zeynalovdur. O, ilk dəfədir ki, bu teatrda baş rolda çıxış edirdi. Bunu deməliyəm ki, mürəkkəb rolun, Stalin obrazının öhdəsindən uğurla gəldi”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO