Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO 

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO 

Hazırda oxunan: Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı yekunlaşdı - FOTO 

38585

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçirilib.

Bizim.Media xəbər verir ki, Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının son tədbirində mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Opera İnciləri” təqdim edildi - FOTO  


Tamaşada əsas partiyaları Polşalı müğənni, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka (Violetta) və Xalq artisti Samir Cəfərov (Alfred) ifa ediblər.

Həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış ediblər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO