Bakıda Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTO

Bakıda Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTO

Hazırda oxunan: Bakıda Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTO
30621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Pakistan Parlamentinin sədri Əsəd Qeysər iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru Kamal Abdulla bildirib ki, bu mərkəzin açılışı iki xalqlar arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək.

O qeyd edib ki, bu insanlar bu mərkəz vasitəsilə Pakistan mədəniyyəti ilə yaxından tanış ola biləcəklər:

“Biz artıq Pakistan Xarici Dillər Universiteti ilə əlaqələr qurmuşuq və ümid edirik ki, Pakistanda da Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq”.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, bu mərkəzin açılması çox sevindirici hadisədir.

Biz istərdik ki, bu mərkəz vasitəsilə Azərbaycan xalqını Pakistan mədəniyyəti ilə yaxından tanış olsun: 

“Bunun üçün biz də lazımi dəstək göstərəcəyik. Pakistan daim Azərbaycanın yanındadır. Müharibə dövründə, müharibədən sonra da Pakistan xalqının ürəyi Azərbaycan xalqı ilə birgədir”.

Pakistan Parlamentinin sədri deyib ki, bu mərkəzin açılışı iki xalqın bir birinin mədəniyyəti ilə yaxından tanış olmasına imkan verəcək: 

“Biz iki ölkə arasında təhsil sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycanla Pakistan arasında tələbə mübadiləsi, diplomların qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsini istərdik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO