Kaliforniyada havada toqquşan iki paraşütçü həlak olub

Kaliforniyada havada toqquşan iki paraşütçü həlak olub

Hazırda oxunan: Kaliforniyada havada toqquşan iki paraşütçü həlak olub
646492
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar.

Bizim.Media "Report"-a  istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib.

Mərkəzin məlumatına görə, müvafiq lisenziyalara malik təcrübəli paraşütçülər təxminən 45 metr yüksəklikdə toqquşublar. Onların paraşütləri dolaşıb və düşərkən hər ikisi ağır xəsarətlər alıb.

Zərərçəkənlər Uildomar şəhərindəki tibb mərkəzinə çatdırılsalarda orada ölüblər. Onların adları hələ ki, açıqlanmır.

Bildirilib ki, hər iki qadın paraşüt idmanı üzrə təşkil olunmuş tədbirdə iştirak etmək üçün gedib.

"Skydive Elsinore"da bildirilib ki, avadanlıqlarda hər hansı nasazlıq əlaməti aşkar edilməyib. Mərkəz yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO