Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid fraqment tapıldı - FOTO

Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid fraqment tapıldı - FOTO

Hazırda oxunan: Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid fraqment tapıldı - FOTO
26688
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Film Fondundan bildirilib.

Qeyd olunub ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmayıb.

Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparıb.

Foto və videokadrların müqayisəsi zamanı, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaranıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bugünədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan “Hacı Qara” filminə aiddir.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO