Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO

Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO

Hazırda oxunan: Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO
251937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Qəzənfər Məsimoğlunun imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin kitabları oxucuların marağına səbəb olub.

Şair, əsasən, sevgi, vətən mövzusunda şeirlər yazıb. Səkkiz kitab müəllifi olan şairin sayca doqquzuncu şeirlər kitabı çapdadır.

O, "Əngirəvan kəndinin şəcərələri", "Kimin yoxsa məhəbbəti", "Mən gözəllik aşiqiyəm", "Açıl, sabahım, açıl", "Sevgisiz ömür olmur", "Sinəmdə bir ocaq yanır" və "Şuşa səvincim" adlı kitablarında ülvi hissləri qələmə alıb.

Qəzənfər Məsimoğlu Prezident təqaüdçüsüdür.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO - foto 1
Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO - foto 2
Qəzənfər Məsimoğlunun imza günü keçirildi - FOTO - foto 3

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO