Şair Rüxsarə Adilqızının imza günü - FOTO

Şair Rüxsarə Adilqızının imza günü - FOTO

Hazırda oxunan: Şair Rüxsarə Adilqızının imza günü - FOTO
251931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

lV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında şair Rüxsarə Adilqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairin "Yollar məni yurda apar", "Vətən adlı sevgilim", "Tarix yazan 44 gün" və "Üzü vətənə sarı" şeir kitabları oxuculara təqdim olunub.

Şairin şeirlərinin əsasını vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələri təşkil edir.

Əslən Qərbi Azərbaycandan olan şair öz əsərlərində vətən həsrəti, vətən nisgilini qələmə alıb.

Rüxsarə Adilqızı "Qızıl qələm" mükafatı və "Türk Xalqları Birliyi" medalına layiq görülüb.

Qeyd edək ki, festivalın 6-cı günü Türkiyə Respublikası və onun tarixi, ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.

Şair Rüxsarə Adilqızının imza günü - FOTO - foto 1
Şair Rüxsarə Adilqızının imza günü - FOTO - foto 2
Şair Rüxsarə Adilqızının imza günü - FOTO - foto 3
Şair Rüxsarə Adilqızının imza günü - FOTO - foto 4
Şair Rüxsarə Adilqızının imza günü - FOTO - foto 5

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO