“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO

“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO

Hazırda oxunan: “İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO
244447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən hazırlanan “İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutub.

Bizim.Media xəbər verir ki, “İrsimizə Hörmətlə” layihəsi çərçivəsində irsimiz.az  internet portalı geniş tamaşaçı auditoriyasına təqdim edilib.

“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 16


Layihənin məqsədi milli ornamentlərin tarixini, mənalarını və əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq, xüsusilə gənc nəslin milli mədəniyyətə marağını artırmaq və bu ornamentləri gələcək nəsillərə ötürməkdir. Bu platforma, Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi olan ornamentləri tanımağa, qorumağa və gələcək nəsillərə təqdim etməyə xidmət edir. Eyni zamanda mədəni irsimizi təbliğ edərək, həm yerli, həm də beynəlxalq səviyyədə daha geniş kütləyə çatdırılmasına töhfə verir.
 

Portalda ornamentlərin tarixi ilə bərabər onların geyimlərdə, aksesuarlarda, keramikada və xalçalarda necə yaşadığı, müasir dövrə necə uyğunlaşdığı əks olunub. Eyni zamanda müxtəlif milli brendlərin kolleksiyalarından nümunələr yer alıb.


“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 17


Tədbirdə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin yaradıcısı dizayner Gülnarə Xəlilova, "Rəsm" brendinin təsisçisi və dizayneri Rəsminə Qürbətova, "Gilabi Ceramics" brendinin təsisçisi və rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Emin Ələkbərov, xalçaçı dizayner Elnarə Rəsulova, xalçaçı rəssam Fəxriyə Hacıyeva çıxış edərək ornamentlərin dövrümüzdəki rolu haqqında öz fikirlərini çatdırıblar. Daha sonra “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli irsimiz.az portalının etibarlı mənbə olduğunu qeyd edərək təqdim edib.

“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 18


"İrsimizə Hörmətlə" layihəsi çərçivəsində yaranan bu internet portalı, Azərbaycanın bənzərsiz ornament tarixini və onun müasir dünyada necə yaşadığını göstərməyi hədəfləyir.

“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 1
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 2
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 3
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 4
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 5
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 6
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 7
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 8
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 9
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 10
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 11
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 12
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 13
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 14
“İrsimizə Hörmətlə” layihəsinin təqdimatı baş tutdu – FOTO - foto 15


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO