III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO 

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO 

Hazırda oxunan: III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO 
195837
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yazıçılar Birliyində “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nın keçirilməsinə dəstək verən qurum və təşkilatları təmsil edən nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mükafat Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təsis edilib.

Mükafatlandırma mərasimində Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar çıxış edərək Bakıda keçirilən “III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı”nın Türk dünyası və Azərbaycan üçün çox vacib olduğunu bildirib.

AYB sədri çıxışı zamanı festivalın təşkil olunmasında əməyi keçən bütün iştirakçılara təşəkkürünü bildirib.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 14

AYB sədri Anar tərəfindən ilk mükafat “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə təqdim olunub. O, TÜRKSOY-un “Nizami” medalına layiq görülüb.

AYB sədri tərcüməçi, yazar Sevil Gültənə isə TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif” mükafatını təqdim edib.

Daha sonra festivalın təşkilində fəal iştirak edən “ASAN Könüllüləri” Təşkilatına, “Qlobal Təhlükəsizlik” şirkətinə, ”Mədəniyyət” televiziyasına və ayrı-ayrı şəxslərə mükafatlar təqdim edilib.

Mükafatla təltif olunanlar sırasında “Bizim.Media” xəbər portalı və onun əməkdaşları da yer alıb.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 15

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi (AYB) şair Mikayıl Müşfiqin doğum günü ilə bağlı rəssam Tünzalə Ağayevaya “Mikayıl Müşfiq” mükafatını təqdim edib.

Xatırladaq ki, III Türk Dünyası Ədəbiyyat və Kitab festivalı 24-31 may tarixlərində keçirilib. Səkkiz gün davam edən festivalın hər günü bir türk dövləti - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kiprə həsr olunub.

Kitab sevərlərin böyük maraqla qarşıladığı festival şair və yazıçıların imza günləri, yubiley tədbirləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyi, türkdilli ölkələrin tanınmış ədiblərinin yubiley mərasimləri, film təqdimatları, konsert proqramları ilə yadda qalıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Müəllifləri Birliyi (BTMB), Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalı olub.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 1
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 2
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 3
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 4
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 5
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 6
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 7
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 8
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 9
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 10
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 11
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 12
III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilatçılarına TÜRKSOY-un mükafatları TƏQDİM OLUNDU – FOTO  - foto 13

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO