Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO

Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO

Hazırda oxunan: Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO
194668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şair Raziyyə Kamilqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şair yaradıcılığında əsasən vətənpərvərlik mövzusuna yer verir.
 

MÖVZU İLƏ BAĞLI:

Kitab Festivalında türkiyəli yazarlar Azərbaycan mahnılarını İFA EDİBLƏR – FOTO/VİDEO


Raziyyə Kamilqızı 15 kitab müəllifidir. Onun yaradıcılığında həm nəzm, həm də nəsr əsərləri yer tutur.

Yazar Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, "Vicdanlı qələm",  "İti qələm" "Xarı bülbül" və bir çox mükafatlara sahibdir.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.

Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO - foto 1
Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO - foto 2
Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO - foto 3
Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO - foto 4
Şair Raziyyə Kamilqızının İMZA günü keçirilib - FOTO - foto 5

Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO