77-ci Kann Film Festivalının qalibləri bəlli oldu - FOTO

77-ci Kann Film Festivalının qalibləri bəlli oldu - FOTO

Hazırda oxunan: 77-ci Kann Film Festivalının qalibləri bəlli oldu - FOTO

194091

77-ci Kann Film Festivalının münsiflər heyəti 2024-cü ilin qaliblərinin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, baş mükafata rejissor Şon Beykerin yeni filmi - “Anora” layiq görülüb.

Bu, amerikalı striptizçi, onunla evlənən rus oliqarxın oğlu və bu oliqarxın nəyin bahasına olursa-olsun evliliyə son qoymağa çalışan əlaltıları haqqındakı hekayədir.

Ən yaxşı kişi rolu Jesse Plemons ("Xeyirxahlıq", rejissor Yorgos Lanthimos) olub. Ən yaxşı aktrisa nominasiyasında mükafat Jak Audiardın “Emiliya Perez” musiqili-kriminal dramının bütün heyətinə – Selena Qomez, Zoe Saldana, Adriana Paz və Karla Qaskona verilib.
Migel Qomes (“Böyük Səyahət”) ən yaxşı rejissor seçildi, ən yaxşı ssenari mükafatı isə Korali Farqın “Maddə” filminə verilib.

Festivalın Qran-Pri mükafatını hind rejissoru Payal Kapadianın çəkdiyi “Hər şeyi işıq kimi təsəvvür edirik” filmi qazanıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO