Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib – FOTO

Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib – FOTO

Hazırda oxunan: Sivva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib – FOTO
191466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva “Sabahın xeyir, Şuşa” adlı yeni mahnı və klipini təqdim edib.

Bizim.Media xəbər verir ki, mahnının sözləri şair Əyyub Qiyasa, musiqisi Sivvanın özünə aiddir. Həzin, eyni zamanda vətənpərvərlik ruhunda olan mahnıya klip də lentə alınıb.

Ekran işinin rejissoru Emin Muradovdur. Klipdə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Pənah Məmmədovun obrazı canlandırılıb, eyni zamanda onun real kadrları yer alıb. Çəkilişlərin bir hissəsi şəhidin təhsil aldığı Şəki rayonu Orta Zəyzid kənd orta məktəbində, əsas hissəsi isə Şuşada – Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi və digər yerlərdə aparılıb.

Layihənin məqsədi Vətən savaşında şəhidlərimizin qəhrəmanlığını işıqlandırmaq və əzəli Azərbaycan torpağı olan Şuşa haqda yaddaqalan iş ərsəyə gətirməkdir. Əsas mesaj isə budur. Qarabağ xanlığı və Şuşa şəhərinin qurucusu Pənahəli xanın yurdu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, həmçinin Pənah Məmmədov kimi şəhidlərimizin sayəsində işğaldan azad olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO