Moderator.az xəbər verir ki, Sədət ART Gallery-də rəsm sərgisi açılıb. 1998-ci il təvəllüdlü gənc rəssam Aytən Xəlilova fərdi sərgisi ilə izləyicilərin görüşünə gəlib.xa0
Gəncə Humanitar kollecinin tələbəsi olan gənc rəssam bildirib ki, altı aydır Sedet ART rəsm kurslarında rəssamlığın sirlərini öyrənir. Bu qısa müddətdə rəssam UASB-nin Azərbaycan təmsilçisi Nəvai Metinin rəhbərliyi ilə yaratdığı əsərlər tamaşaçıların xa0marağına səbəb olub.xa0
Sərginin açılışında çıxış edən ziyalılar belə tədbirlərin gənc nəslin tərbiyəsindəki böyk rolunu qeyd edərək. UASB Azərbaycan təmsiçiliyinin SedetART studiyasının fəaliyyətini yüksək qiymətləndiriblər.xa0
Rəssam Nəvai Metin qeyd edib ki, təmsilçilik olaraq UASB nizamnaməsinin müddəalarına sadiq qalaraq belə tədbirlətə geniş yer ayırırlar: "İnanırıq ki, belə tədbirlər gələcəkdə xa0tələbələrimizin həyatında, onların formalaşmasında xüsusi rol oynayacaq".xa0
Sərgidə iştirak edən Əməkdar incəsənət xadimi, sənətşünas Z.Əliyev də çıxış edərək gənc rəssama uğurlar arzulayıb, Sədət ART rəsm qalereyasının əhəmiyyətindən danışıb: "Belə tədbirlərini dəfələrlə şahidi olmuşuq və qalereyanın fəaliyyətini xa0yüksək dəyərləndirirəm".xa0
İş adamı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Arzuman Muradlı isə bunları deyib: "Bu gün doğrudan da çox əlamətdar gündür. Belə ki studiyanın tələbəsi gənc rəssam Aytən Xəlilova tamaşaçılar qarşısında hesabat verir. Bu onun gələcəkdə daha məhsuldar və daha aktiv olmasına zəmin yaradır".xa0
Çıxış edən digər ziyalılar da Sedet Art Rəsm Studiyasının fəaliyyətini yüksək qiymətləndirərək daha böyük uğurlara imza atmağı arzulayıblar.xa0
UASB Azərbaycan təmsilçisi Nəvai Metin UASB-nin rəhbəri Ümit Yaşar Işkhanın və özünün imzaladığı Diplomu gənc rəssam Aytən Xəlilovaya təqdim edib.
Tədbirin sonunda gənc rəssam studiya rəhbərliyinə, şəxsən Nəvai Metinə, gələn izləyicilərə təşəkkürünü bildirib.





































































































