Bakıda Yaponiya Mədəniyyət və Budo Festivalı keçirildi - FOTO

Bakıda Yaponiya Mədəniyyət və Budo Festivalı keçirildi - FOTO

Hazırda oxunan: Bakıda Yaponiya Mədəniyyət və Budo Festivalı keçirildi - FOTO

169458

Dekabrın 17-də Bakı İdman Sarayında “Yaponiya Mədəniyyət və Budo Festivalı” adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçıları Yaponiyanın ölkəmizdəki səfirliyi, Budo Festival Təşkilat Komitəsi, Cüdo Federasiyası və “Game Summit”, JTI Azərbaycan, ISR AUTO, AQUAVITA, BOUQUET şirkətləri olub.

Beş saatadək davam edən festivalda Yaponiyanı təmsil edən müxtəlif qurumlar, idman federasiyaları, təhsil ocaqları, şirkətlər iştirak edərək, yapon mədəniyyətini və budo döyüş sənətinin nümunələrini təqdim ediblər.
Tədbirdə ənənəvi yapon mədəniyyətinin nümunələri olan çay mərasimi, kalliqrafiya, kimono, ikebana, oriqami ilə yanaşı, müasir mədəniyyət nümunəsi olan kospley nümayişləri də yer alıb. Karate, cüdo, aikido, kendo kimi hər kəsin sevimli yapon döyüş sənətləri üzrə nümayişlər, yapon rəqsləri və mahnıları, kalliqrafiya performansı kimi maraqlı səhnə çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO