Nazirdən Musiqi Forumunun iştirakçılarına: Tövsiyələrinizi bizə yazılı formada  təqdim edin

Hazırda oxunan: Nazirdən Musiqi Forumunun iştirakçılarına: Tövsiyələrinizi bizə yazılı formada  təqdim edin

161988

“Mədəniyyət milli kimliyi ehtiva edən əsas keyfiyyətlərdən biridir”.

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib.

Nazir bildirib ki, musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib:

“Bu mənada Ulu Öndər Heydər Əliyevin də musiqi sahəsinə qayğısını qeyd etməliyik".

Adil Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır: "Biz də Mədəniyyət Nazirliyi olaraq, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdəyik".

Mədəniyyət naziri üç günlük forumdan gözləntilərini də açıqlayıb:

"Öz tövsiyə və fikirlərinizi mütləq şəkildə bizə təqdim etməyinizi xahiş edirik. Ola bilər ki, burada çıxış üçün vaxt məhdudiyyəti olsun, o halda öz tövsiyələrinizi bizə yazılı formada təqdim edin ki, bu təkliflər qiymətləndirilsin, nazirliyin yol xəritəsinə əlavə edilsin".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO