Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO

Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO

Hazırda oxunan: Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO
159893
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə Dövlət Dram Teatrı Türkiyənin İstanbul şəhərində keçirilən 5. Maltepe Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. 

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə təşkil olunan festivalda Gəncə Dövlət Dram Teatrı E. İoneskonun "Kral ölür" tamaşasını nümayiş etdiriblər. 

Tamaşanın quruluşçu rejissoru Tural Vaqifoğlu, rəssamı Mustafa Mustafayevdir. 

Rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova və Ruslan Hüseynov iştirak ediblər. Tamaşa Türkiyə tamaşaçıları və festivalın Beynəlxalq münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanıb. 
Qeyd edək ki, festival proqramı çərçivəsində Avrasiya Teatrlar Birliyinə üzv ölkələrin  toplantısı keçiriləcək.

Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO - foto 1
Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO - foto 2
Gəncə teatrı Türkiyədə festivalda uğur qazandı - FOTO - foto 3

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO