Moskvada Polad Bülbüloğlunun oğlunun dirijorluğu ilə konsert keçirildi

Hazırda oxunan: Moskvada Polad Bülbüloğlunun oğlunun dirijorluğu ilə konsert keçirildi

157830

Rusiyanın paytaxtı Moskvada Murtuza Bülbülün dirijorluğu ilə Dövlət Kreml orkestrinin ifasında “Müəllimlər və şagirdlər” adlı konsert proqramı təqdim olunub.

Bizim.Media xəbər verir ki, şəhərin mərkəzində yerləşən “Zaryadye” salonunda baş tutan konsertdə dahi bəstəkarlar Qara Qarayev (Üçüncü simfoniya), Dmitri Şostakoviç (Kamera simfoniyası), Georgi Sviridovun (Kamera orkestri üçün musiqi) əsərləri səslənib.

M.Bülbül müəllif konserti ilə Dmitri Şostakoviç bəstəkarlıq məktəbinin ardıcıllarından biri olan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin yaradıcılığına bir daha müraciət etməyi, Azərbaycan klassik musiqisinin dünyada tanıdılması işinə öz töhfəsini verməyi qarşısına məqsədi qoyub.
“Qara Qarayevin Üçüncü simfoniyası təkcə Azərbaycan musiqi sənətində deyil, bütün SSRİ-nin musiqi tarixində əlamətdar hadisə idi. Bilirsiniz ki, Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Burada ən müxtəlif janrlarda musiqilər səslənir.

Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli yer tutur. Ölkəmizin bir çox görkəmli bəstəkarları, o cümlədən Qara Qarayev, Cövdət Hacıyev Moskva klassik musiqi məktəbinin yetirmələridir.

Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər birləşdirib. Azərbaycan musiqisinin bütün dünyada, eləcə də Moskvada səslənməsi mənim üçün qürurvericidir”, - M.Bülbül müsahibəsində bildirib.

M.Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun oğludur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir. Gənc dirijor Azərbaycan, Rusiya, Almaniya, İtaliya, Qazaxıstan və bir çox digər ölkələrdə uğurlu çıxışları ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO