Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO 

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO 

Hazırda oxunan: Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO 
156871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Qətər Dövlətinin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında ICESCO-nun İslam dünyasının mədəniyyət paytaxtı proqramına mədəniyyət naziri Adil Kərimli mədəniyyətimizin beşiyi sayılan Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtına namizədliyini təqdim edib. 
Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. 

2022-ci il Azərbaycanda Şuşa ili elan edilib. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günəri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib. 

Daha sonra tədbirdə Şuşa ilə bağlı video çarx nümayiş olunub. 

Konfrans iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub. 

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO  - foto 1
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO  - foto 2
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO  - foto 3
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı ELAN EDİLDİ - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO