Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  

Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  

Hazırda oxunan: Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO  
149249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uşaq İncəsənət Festivalının istedadlı uşaqlarının iştirakı ilə konsert təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalının 1-ci və 2-ci turunda iştirak edən istedadlı uşaqlar Şəkidə konsert proqramı ilə çıxış edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konsertdə Şəki şəhərində yerləşən uşaq incəsənət məktəblərinin şagirdləri, Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin özfəaliyyət kollektivləri, rəqs qrupları və muğam üçlükləri bir-birindən maraqlı proqramla çıxış ediblər. Kiçik istedadların çıxışları alqışlarla qarşılanıb. 

Qeyd edək ki, 6-17 yaş aralığında olan uşaqların iştirakı ilə 21 nominasiya üzrə keçirilən Uşaq İncəsənət Festivalı ölkəmizdə milli mədəniyyətin və incəsənətin təbliği, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bədii-estetik zövqün formalaşdırılması, uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması məqsədi daşıyır. 

Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO   - foto 1
Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO   - foto 2
Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO   - foto 3
Şəkidə Uşaq İncəsənət Festivalı KEÇİRİLDİ – FOTO   - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO