Bu məşhurlar Prezidentlərin qarşısında ÇIXIŞ ETDİLƏR - FOTO/VİDEO

Bu məşhurlar Prezidentlərin qarşısında ÇIXIŞ ETDİLƏR - FOTO/VİDEO

Hazırda oxunan: Bu məşhurlar Prezidentlərin qarşısında ÇIXIŞ ETDİLƏR - FOTO/VİDEO

141202

Xəbər verdiyimiz kimi, ötən gün ölkəmizə rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından dövlət ziyafəti verilib. 

Bizim.Media xəbər verir ki, mötəbər mərasimdə bir çox incəsənət nümayəndələri iştirak ediblər.

Belə ki, Xalq artistləri Azərin, Azər Zeynalov, Ənvər Sadıqov, Samir Cəfərov, Əməkdar artistlər Lalə Məmmədova, Nigar Şabanova, Abbas Bağırov, Bəyimxanım Vəliyeva, Ramil Qasımov, İlkin Əhmədov, xanəndə Kamilə Nəbiyeva, müğənni Çinarə Məlikzadə və digər məşhurlar Prezidentlərin önündə çıxış ediblər.  

Sənətçilər Azərbaycanın və Türkiyənin xalq mahnılarından ibarət kompozisiyalar səsləndiriblər. 

Tədbirinin yekununda Prezidentlər və xanımları incəsənət nümayyəndələri ilə bir araya gələrək, onlarla görüşüblər.  
 











Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO