Sinan Yağmur AMEA-da oxucuları ilə GÖRÜŞDÜ – FOTO  

Sinan Yağmur AMEA-da oxucuları ilə GÖRÜŞDÜ – FOTO  

Hazırda oxunan: Sinan Yağmur AMEA-da oxucuları ilə GÖRÜŞDÜ – FOTO  

140587

"2-ci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı" çərçivəsində AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitunda, məşhur Türkiyəli yazıçı, ilahiyyətçi, Sinan Yağmurun oxucularla görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə institun baş direktoru Gövhər Baxşəliyeva, Türkiyə İLESAM qurumunun Azərbaycandakı rəhbəri Mehmet Parmaksız və digər şəxslər iştirak edib. 

Sinan Yağmur türk xalqlarının zəngin ədəbiyyatından, bu gün ən çox oxunan janrlar, türk ədəbiyyatının digər xalqların ədəbiyyatı ilə fəlsəfi müqayisəsi, türk dünyasının milli mənəvi dəyərləri haqqında danışaraq qeyd edib ki, ədəbiyyat bir insanın immun sistemi kimidir: 

“Güclü ədəbiyyat heç bir zaman sarsıla bilməz və türk dünyası hazırki ədəbiyyat incilərinin böyük bir hissəsini məhz Azərbaycan ədəbiyyatına borcludur”. 

O bildirib ki, Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanır, hətta milli musiqiləri dinləyir, şeirlərə, qəzəllərə qulaq asır. Sinan Yağmur xüsusi ilə vurğulayıb ki, Türkiyə ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı demək olar ki, eyni amala xidmət edir.  
Xatırladaq ki, "2-ci Türk Dünyası Ədəbiyyat  və Kitab Festivalı" iyunun 11-ə kimi davam edəcək. 












Mirzə Altay, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO