Venesuelada çox maraqlı bir olay yaşanıb. Belə ki, avtoqəza nəticəsində ölən 33 yaşlı Karlos Kameja daha sonra morqda dirilib.
Hadisənin qısa xülasəsi belədir: Meyit morqa yerləşdirildikdən sonra cəsədi tanımaq üçün Karlosun həyat yoldaşı buraya çağırılıb. Morq işçiləri ekspertiza üçün cəsədin çənəsini kəsiblər, ancaq bu vaxt çənənin qanadığını görüblər.
Bundan sonra Karlosun çənəsini tikməyə başlayıblar və ağrıya dözə bilməyən Kameja oyanıb.
Sonradan içəriyə həyat yoldaşı gəlib və ölü bildiyi ərini canlı görüncə cox sevinib.































































































