
- A-
- A
- A+
21 yaşlı oğlanı at təpiklə vurdu - Xərçəng xəstəliyi müalicə olundu..
At peşəkar İrlandiyalı bir jokeydə onkoloji xəstəliyin ortaya çıxaraq müalicə olunmasına şərait yaradıb.
Moderator.az-ınxa0 Rusiya mediasına istinadla verdiyixa0 xəbərə görə, xa021 yaşlı Ryan O'Konnor Avstraliyada işləyərkən onu Karlaki Miss adlı bir yarışçı atı təpiklə vurub. Zərbədən sonra gənc bel ağrısından əziyyət xa0çəkməyə başlayıb və həkimlərə müraciət edib. Müayinə zamanı ona sidik sistemində 9 sm-lik onkoloji şiş diaqnozu qoyulub. Ona qədər o, özünü sağlam hiss edib və heç bir şikayəti olmayıb.
Bu minvalla 21 yaşlı gənc xa0əməliyyat edilib və sidik kisəsindəki şiş çıxarılıb. Radioterapiya kurslarından xa0sonra həkimlər adamın tamamilə sağlam olduğu qənaətinə gəlib. Lakin müəyyən edilib ki, əgər at jokeyi zədələməsəydi, o, bədənindəki şişdən xəbərsiz qalacaq və ilkin mərhələdə müalicə imkanından məhrum olacaqdı...xa0xa0
Sultan Laçın
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































