Dövlət bayraqlarında bənövşəyi rəng niyə yoxdur?
  - Tarixi səbəbi

Dövlət bayraqlarında bənövşəyi rəng niyə yoxdur? - Tarixi səbəbi

Hazırda oxunan: Dövlət bayraqlarında bənövşəyi rəng niyə yoxdur? - Tarixi səbəbi
232576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada 195 ölkə var və o ölkələrin heç birinin bayrağında bənövşəyi rəng yoxdur.

Moderator.az xəbər verir ki, "Qafqazinfo" xarici mediaya istinadən bunun səbəbini təqdim edir:xa0

Bənövşəyi tarixin ən bahalı və yalnız krallıqların, imepratorluqların ali zümrəsinin istifadə edə biləcəyi rəng olub. Bu rəngin piqmentinin istehsalı XVIII əsrədək çox əziyyətli iş olub. Bənövşəyi ilk dəfə finikiyalılar tərəfindən istifadə edilib. Suriya və Livanın Aralıq dənizi sahillərində yaşamış bu xalq bənövşəyi rəngi dəniz ilbizindən əldə edirdi. Sur antik kəndində bir qram bənövşəyi rəng almaq üçün on mindən çox ilbizdən istifadə olunurdu.xa0

Bu rəngin alınmasının baha başa gəlməsi ondan yalnız krallıq və imperatorluqların istifadəsinə gətirib çıxarırdı.xa0

Finikiyalıların hazırladığı bənövşəyinin dayanıqlı olması,parçadan solmaması və günəş işığına məruz qaldıqca parlaqlığını artırması onu zəngin insanların rəngi etmişdi.xa0
Yüz illər boyunca Mureks adlandırılan ilbizlərdən hazırlanan bənövşəyi uzun müddət Roma, Bizans və Fars imperiyalarında simvola çevrilib.xa0

1533-1603-cü illərdə İngiltərə kraliçası I Elizabet özündən və kral ailə üzvlərindən başqa bənövşəyi rəngdə libas geyilməsini qadağan etmişdi. Elizabetin dövründə yarım kiloqram bənövşəyi rəngin dəyəri 1,5 kiloqram qızıla bərabər idi (indiki dövrdə 56 min dollara). Bənövşəyinin bu cür astronomik dəyəri ölkə və krallıqların bayraqlarında bu rəngdən istifadə edilməməsinə səbəb olmuşdu.xa0

İngilis kimyaçı Uilyam Henri Perkin 1856-cı ildə sintetik bənövşəyi rəngin istehsalını kəşf edir. Bundan sonra bənövşəyi rəng hər kəs üçün əlçatan olur. Öz zavodunu tikən Perkin bənövşəyi rəng istehsalına başlayır. Bununla belə artıq dünya ölkələrinin, demək olar ki, əksəriyyəti bayraqlarında bu rəngdən istifadə etmirdi.xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO