Moderator.az ruhi oyanışa keçməyə başladığınızı göstərən 5 işarə haqqında məlumat təqdim edir:
1. Yuxularxa0
İstisnasız olaraq hər insan yuxu görür. Ancaq bir çoxumuz oyandıqdan sonra gördüyümüz yuxuları unuduruq. Yuxunuzda meydana gələn fərqlər ruhsal olaraq hərəkətə keçdiyiniz ilk göstəricilərindən biridir. Xüsusilə tanımadığınız həndəsi şəkillər, fraktallar, bir-birinin içinə düşən və qayıdan fiqurlar görmək, yuxuda əvvəllər eşitmədiyiniz janrda musiqilər eşitmək bariz əlamətləridir.
Bundan başqa, yuxularınızdakı dünyayla çox əlaqələndirə bilmədiyiniz şəraitlər, dünyadan uzaq kimi görünən insanlar diqqət ediləcək faktordur. Həmçinin "lucid dream" olaraq bilinən yuxudaykən yuxuda olduğunun fərqinə varmaq hadisəni də sınaqdan keçirə bilərsiniz. Belə bir vəziyyətlə qarşılaşdıqda sakit olaraq özünüzü yormadan ətrafınızı yoxlayın, dərk etməyə çalışın və yuxudan oyanarkən ağlınıda qalan hər şeyi qeyd edin.
2. Ət istehlakında istəksizlikxa0
Normalda ət yeməklə hər hansı bir probleminiz olmamasına baxmayaraq, müəyyən bir müddətdir ki, ət yeməməyə üstünlük verirsinizsə, ya da daha öncə buna bənzər bir probleminiz olmamasına baxmayaraq ət yediyinizdə özünüzü dözülməz və narahat hiss edirsinizsə, bunlar da əyani əlamətlərdir. Çox insan bunu səy göstərmədən edər. Son zamanlar fərqində olmadan ətlə aranızda məsafə qoydunuzmu? Ya da ət yemək sizə əvvəlki qədər ləzətli gəlmirsə, olmasa da olar deyirsinizmi? Bu sualların cavablarını yaxşı düşünün.
3. Yalnız vaxt keçirmək istəyi
Xüsusilə gecələr özünüzlə baş-başa vaxt keçirmək arzusu yaşayırsınızmı? Özünüzü insani münasibətlərə, dünya, kainat və yaradıcı haqqında gərgin düşüncələrə qapılarkən tapırsınımı? Əvvəllərdən fərqli olaraq belə fikirlərə daha sıx qapılırsınızsa, onlardan qaçmağa çalışmaq əvəzinə onları həll etməyə və anlamağa çalışın. Unutmayın, bu fikirlərlə onları qavrayacaq tutumda olduğunuz üçün üz-üzəsiniz.
4. Heyvanlarla olan münasibətiniz
Heyvanlar qəribə şəkildə fəriliyi artmağa başlayan şəxslərə qarşı digər insanlara olduğundan daha fərqli yanaşarlar. Məsələn, göyərçinlər və ya sərçələr sizə adi bir insana yaxınlaşacaqlar daha çox yaxınlaşar, pişik və itlər yanınızda dolanar, başqa birinə özünü sevdirməyən bir heyvan gəlib sizə yaxınlaşa bilər. Bütün bunlarla yanaşı siz özünüzü heyvanlara qarşı daha mehriban və anlayışlı davranarsınız. Məsələn, ətrafda gördüyünüz milçək, qarışqa, həşərat kimi xa0xoşlamadığınız canlıları belə incitməkdən çəkinirəsiniz.
Uğur

































































































