Asiyalı qadınların gözəllik sirri - TƏRAŞ

Asiyalı qadınların gözəllik sirri - TƏRAŞ

Hazırda oxunan: Asiyalı qadınların gözəllik sirri - TƏRAŞ

174994
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Asiyalı qadınlar daha cavan görünmək üçün təraş olurlar. Onlar hesab edirlər ki, təraş dərini daha gənc göstərir və qocalmağın qarşısını alır.
xa0
İngilis elm adamlarının apardığı bir araşdırmada təraş olarkən zamanla tüklərin daha sərt və daha qara çıxma ehtimalını qadınlara aid etmək olmaz. İngiltərədə xa0həkimlərin verdiyi məlumata görə təraş dəridə qocalmağın qarşısını almaqla yanaşı xa0həmin bölgədəki xa0dərinin canlılığını da artırır.
xa0
Həmçinin illərlə təraş olan bir kişinin eyni yaşlı qadına nisbətən daha az qocaldığı da müəyyən olunub. Araşdırmaya qatılan Angela Gravin adlı bir qadın həftədə üç dəfə təraş olduğunu, təraş sonrası üzünə çəkdiyi kremlərdən çox müsbət nəticələr aldığını və tüklərin nə daha qara, nə də daha sərt çıxdığını ifadə etdi.Üzündəki tükləri səkkiz il ərzində həftədə üç dəfə təraş edən başqa bir qadın isə dərisindəki yumşaqlığı təraşa borclu olduğunu qeyd edib. Yaponiyada yaşayan qadınların bu üsulu illərlə istifadə etdiyi və təraş olmağı gözəlliyin bir parçası olaraq gördüklərini bildiriblər.


Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO