Bugünkü astronomik hadisə ilə Qız qalası arasında əlaqələr varmı...? -MARAQLI

Bugünkü astronomik hadisə ilə Qız qalası arasında əlaqələr varmı...? -MARAQLI

Hazırda oxunan: Bugünkü astronomik hadisə ilə Qız qalası arasında əlaqələr varmı...? -MARAQLI

141700

Moderator.az xəbər verir ki,  bu gün - iyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, həmin gün bədrlənmiş Ay və iyun Günəş dönümü baş verəcək. Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir. Bax: //www.moderator.az/news/141619.html 

Astronomik hadisələri elmi-lədun üsulu ilə şərh edən tədqiqatçı Paşa Yaqub bu nadir  hadisəni satımıza belə şərh etdi:

- İl ərzində Günəş üfüqdə saatın kəfkiri kimi o yana bu yana gedir. 21 iyundan 21 dekabra qədər. 21 dekabr və 21 iyunda günəşin qıraq nöqtləri, hərəsi 3 gün olan durğunluq dövrləri var. O dövr günəş hərəkət etmir, bir az yuxarı çıxır, 3 gün ərzində bu artır. Əslində 22 dekabr yeni bir günəş dövrünün başlanğıcıdır. Çünki, 21 dekabr təqvimdə ən uzun gecədir.  22 dekabrdan başlayaraq hər gün dəqiqələr artır. Günəşin durğunluq günlərindən başqa 2 bərabərlik günü də var: 22 mart və 22 sentyabr. Həmin vaxt onların səmtləri bir-birinin üstünə düşür. 

Bütün bunları nəzərə alıb,  təqvim üzərində hesablama aparsaq, görərəik ki, bu dörd tarix (21 dekabr, 21 mart, 21 iyun, 21 sentyabr) arasında qalan günlərin sayı 91-dir (durğunluq günləri nəzərə alınmaqla). Bu da təsadüfü olmayıb, “Quran”x9dla bağlıdır. Belə ki, müqəddəs kitabın “Günəş”x9d surəsi 91 (!) ədədi ilə nömrələndiyindən bu ədəd “Quran”x9dda Günəş rəmzi sayılır. 

Burada diqqətinizi daha bir maraqlı məqama cəlb etmək istəyirəm. Belə ki, 91-ci ayə müqəddəs kitabda məhz 21 (!) dəfə keçir (yəni, “Quranın”x9d cəmi 21 surəsində 91-ci ayə var; qalan surələrdə ayələrin sayı 91-dən azdır). 

Yuxarıdakı abzasda qeyd etdim ki, il ərzində  Günəşin hərəkəti dörd dövrə bölünür və hər dövr ayın 21-də bitir. “Günəş”x9d surəsinin rəmzi olan 91 ədədinin də “Quran”x9dda məhz  21 (!) dəfə keçməsi (həmçinin dörd dövrün hər biri arasında 91 gün qalması) da təsadüf olmayıb, məhz Allahın elminə, nizamına bağlanır. 


Diqqətinizi Azərbaycanla bağlı daha bir maraqlı məqama cəlb etmək istəyirəm. Bu da Qız qalası ilə bağlıdır. Belə ki, astronomik məqsədlə (rəsədxana məqsədi ilə) tikilən Qız qalasının quruluşunda da bu rəqəmlər özünü aşkar biruzə verir.
 Belə ki, 2008-ci il 22 dekabrda Qız qalasında Abşeron ərazisinin baş arxeoloqu İdris Əliyenin rəhbərliyi altında elmi ekspedisya keçirilib. Ekspedisiyanın tərkibində astronomiya inistutunun əməkdaşları, geofiziklər və geodezistlər, həmçinin tədqiqatçı İsgəndər Tağıyev də var idi.
- Niyə məhz 22 dekabr?

- İ. Tağıyev bu tədqiqat barəsində  yazır ki, İngiltərədə, araşdırmaçı Abbas İslamov ingilis dilində kitab buraxıb. O kitabında yazıb ki, 22 dekabr Günəşin ilk şüası Qız qalsının böyük pəncərəsinə düşür və bu hər il təkrarlanır. Bu informasiyanın əsasında ekspedisiya təşkil olunmuşdu. Ekspedisiya üzvləri həqiqətən də həmin gün o hadisənin şahidi olublar. Onun əsasında qərara gəliblər ki, əsas o deyil ki, hər il 22 dekabr günəşin ilk şüası qalanın böyük pəncərəsindən içəri düşür. Əsas odur ki, şüalar kontrforsla parallel olurdular və bu binanın (qalanın) əsas səmti 22 dekabrı göstərir.
Qalanın üzərindən baxdıqda düz ox əmələ gəlir, bu 22 dekabrı, qalanın silindirindən gələn ox isə 21 martın göstəricisidir. 

Qalanın üçüncü səmti də var 21 iyun səmti. Qalanın yuxarı çıxışının qapısı 21 iyuna yönləib.
 Ondan başqa 22 mart və 22 sentiyabrın səmti şərqlə qərbin oxudur. 
Göründüyü kimi, ekspedisiyadakı alimlərin əldə etdikləri bu nəticələr “Quran”x9ddakı düzülüş  prinsipi ilə üst-üstə düşür və biri-birini tamamlayır.

Necə ki, Rəbbim buyurur: “Biz hər şeyi sayıb yazmışıq”x9d. “Quran”x9d, 78:29
Qız qalası haqqında əvvəl yazdıqlarıma  daha bir faktı  əlavə edim ki, qalanın 9 pəncərəsi var və quruluşu da 9 formalıdır. 

Bu hikmət “Quran”x9ddakı hikmətlərlə üst-üstə düşür. Belə ki, müqəddəs kitabda 9 ədədi “Tövbə”x9d surəsinin sıra nömrəsi olduğundan bu rəqəm tövbə rəmzi sayılır. Maraqlıdır ki, 9 rəqəmi ilə gələn 11 surə vardır ki, (9, 19, 29, 39, ......109) bu surələrdəki  ayələri cəmləsək, 555  ədədi alınar.
Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin  hamısının  555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:
159 + 951 = 1110
 258 + 852 = 1110
357 + 753  = 1110
456 + 654  = 1110
1110 ədədi isə, 555 ədədinin iki mislidir.

Bütün bunlar onu göstərir ki, Qız qalası tikilən dövrdə (min illər qabaq) “Quran”x9d nazil olmasa da, qalanı tikən memarı Allah yaratdığından və ona elmi Allah verdiyindən qalanın tikilişindəki elmlə “Quran”x9ddakı elm biri birini tamamlayır və təsdiq edir. Bu da tamamilə məntiqlidir. 

Burada məşhur fizik Qalileo Qalileyin bir fikri yada düşür:  “Allah Kainatı riyazi dillə yaratmışdır”x9d.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO