Yalan danışıb ərinə, başqasıyla gəzən də var...

Yalan danışıb ərinə, başqasıyla gəzən də var...

Hazırda oxunan: Yalan danışıb ərinə, başqasıyla gəzən də var...

119703




Bu dünyada içi bom - boş,
Taqqıldayan qazan da var.
Qədirbilməz, bəd əməlli,
Özünə gor qazan da var.
Ehtiyatsız daş qaldırıb,
Barmağını əzən də var,
Gecə - gündüz şükr eləyib,
Hər bir dərdə dözən də var.
Yalan danışıb ərinə,
Başqasıyla gəzən də var.
Sürmə çəkib gözlərinə,
Dodağını büzən də var.
Al - qırmızı çiçəkləri,
Saçlarına düzən də var,
Bəzən yersiz naz eyləyib,
Gözlərini süzən də var.
Şapalaq vurub başına,
Əlin məndən üzən də var,
Mənim kimi boş - boşuna,
Hər gün şeir yazan da var...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO