“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

Hazırda oxunan: “İmişli” yeni baş məşqçisini açıqladı

622975

"İmişli"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisini Fərid Namazov çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
 

UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.


Fərid Namazov "İmişli" ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, "İmişli" Jorj Kaşkilya ilə yollarını ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO