Daha bir rusiyalı ulduz

Daha bir rusiyalı ulduz "Jony" ilə iş birliyinə başladı - FOTO

Hazırda oxunan: Daha bir rusiyalı ulduz "Jony" ilə iş birliyinə başladı - FOTO

98666

Rusiyanın məşhur pop ulduzu Leonid Aqutin “Jony” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ilə iş birliyinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Tezliklə yeni duet olacaq! “Dünya yaşıl rəngdədir” mahnısı yeni aranjimanda “cover” versiyada məşhur ulduz “Jony” ilə birlikdə ifa etmişik. Əslində trek artıq hazırdır”, - deyə L.Aqutin bildirib.

Qeyd edək ki, “Jony” Xalq artisti Emin Ağalarov, “MOT”, Valeriya, Anita Çoy və bir sıra digər məşhur sənətçilərlə duet ifa edib.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO