Hüseynin yalanı üzə çıxdı - Milyonluq saatı və ayaqqabısı saxta imiş - FOTO

Hüseynin yalanı üzə çıxdı - Milyonluq saatı və ayaqqabısı saxta imiş - FOTO

Hazırda oxunan: Hüseynin yalanı üzə çıxdı - Milyonluq saatı və ayaqqabısı saxta imiş - FOTO

83574

Rusiyanın məşhur azərbaycanlı blogeri və iş adamı Hüseyn Həsənovun yalanı ifşa olunub.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, lüks həyat tərzini gözlər önündə sərgiləyən 28 yaşlı blogerin bəh-bəhlə nümayiş etdirdiyi brilliant daşlar və qızıl işləməli saatının orijinal olmadığı ortaya çıxıb.  

Belə ki, Hüseynin “Watch-Anish” markasına aid olduğunu bildirdiyi qol saatının həmin brendin ucuz kopyası olduğu sübuta yetirilib. Bununla yanaşı blogerin təkcə saxta saat taxması deyil, eyni zamanda ayağını bəzəyən “Adidas” brendinə məxsus idman ayaqqabısının daorijinal olmadığı üzə çıxıb.  

Bu məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra H.Həsənov saxta saat və idman ayaqqabısı ilə çəkdirdiyi fotolarını “Instagram” hesabından silib.  

Qeyd edək ki, Hüseyn Həsənovun “Milyonçu düşüncə tərzi” kursu da izləyicilərin qınağına səbəb olmuşdu. Onlar blogeri fırıldaqçılıqda və saxtakarlıqda ittiham edərək, bu yolla pullarını mənimsədildiyini bildirmişdilər.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO