Vüqar Qaradağlının təzə kürəkəni "Twitter"də pay sahibidir – FOTO  

Hazırda oxunan: Vüqar Qaradağlının təzə kürəkəni "Twitter"də pay sahibidir – FOTO  

81362

Xəbər verdiyimiz kimi “Azad Azərbaycan” televiziyasının keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.  

Bizim.Media xəbər verir ki, onun nişanlısı isə məşhur proqramçı Tural Bədirxanlıdır.  
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Qaradağlının qızı nişanlandı – VİDEO


Tural Bədirxanlı 1984-cü ildə Quba şəhərində dünyaya gəlib. "Quba Türk liseyi"ni bitirib, sonra "Boğaziçi Universiteti"nin fizika fakültəsində təhsil alıb.  

O, II kursda oxuyan zaman "Massaçusets Texnologiya İnstitutu"na qəbul olub. Bir müddətdən sonra "Google" şirkətində işə düzəlib. 2013-cü ildə "Namo Media" adlı şirkətin həmtəsisçilərindən biri olub.  
2014-cü ildə “Twitter” şirkəti "Namo Media" şirkətini 50 milyon dollara satın alıb və eyni zamanda, sözügedən platformada pay sahibi olub. Hazırda Tural Bədirxanlı ABŞ-da yaşayır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO